FƏRDİ MƏLUMATLARIN TOPLANMASI VƏ EMALINA VƏ BİRBAŞA KOMMUNİKASİYAYA RAZILIQ
Mən bununla bu şirkətlərə razılığımı verirəm:
- Qeydiyyat ünvanı AZ1003, Bakı şəhəri. Səbail rayonu, M.Useynov küçəsi 47A, Kempinski Residences, Bayıl Bay 2-ci mərtəbə olan “PRİME LİGHT” MMC, VÖEN: 2008311491 (bundan sonra: “Prime Light ") və
- CL0163 lisenziya nömrəli və qeydiyyat ünvanı Birləşmiş Ərəb Əmirlikləri, Dubay, Dubay Beynəlxalq Maliyyə Mərkəzi, Bölmə 6, Səviyyə 6, Gate Precinct Binası 2 olan “Philip Morris Management Services” şirkətinin Azərbaycan Respublikasındakı filialı, (bundan sonra "PMI" kimi istinad edilir)
(“Prime Light” və “PMI” birlikdə "Nəzarətçilər " və ya fərdi olaraq " Nəzarətçi " adlandırılır)
və aşağıda ətraflı təsvir edilən məqsədlər üçün Nəzarətçilərdən hər hansı birinin mənim adım və soyadım, doğum tarixim, cinsim, e-poçt ünvanım, telefon nömrəm və yaşadığım ölkə də daxil olmaqla şifahi və ya yazılı təqdimatımla, elektron şəkildə və ya səs yazısı və (və ya) foto / video yazısı vasitəsilə ilə əldə etdiyi, eləcə də sosial şəbəkələrdəki istifadəçi adı(lar) və mesajlaşma proqramları, satın aldığım və/yaxud istifadə etdiyim və/və ya məni maraqlandıran cihaz(lar) haqqında və onlardan alınan məlumatlar kimi mənim tərəfimdən və ya Nəzarətçi və ya onun üçüncü tərəf tərəfdaşlarından hər hansı birinin tələbi ilə təmin edə biləcəyim hər hansı digər fərdi məlumat olan fərdi məlumatımı (bundan sonra “Fərdi Məlumat” adlandırılacaq) toplamaq və emal etmək üçün Nəzarətçilərdən hər hansı biri tərəfindən cəlb edilmiş üçüncü tərəflər. Bu cür maraq doğuran cihazlara elektron nikotin istehlakı sistemləri, tütün qızdırıcı sistemləri və PMI-nin beynəlxalq filialları tərəfindən istehsal olunan və ya satılan digər məhsullar (bundan sonra "Məhsullar" adlandırılacaq) daxildir.
Şəxsi məlumatların toplanması və emalının məqsədi istehlakçıların hüquqlarının müdafiəsi qanunvericiliyinə uyğun olaraq Məhsullar və xidmətlər haqqında məlumat almaq və mənimlə hər hansı Nəzarətçi arasında aşağıdakı kimi ikitərəfli birbaşa əlaqəni təmin etməkdir:
- İstehlakçı hüquqlarının müdafiəsi qanunvericiliyində nəzərdə tutulduğu kimi Məhsullar haqqında bütün məlumatların, o cümlədən satın almadan əvvəl məlumatlı istehlakçı qərarının verilməsi üçün müvafiq məlumatların, habelə müştəri dəstəyi kimi satınalma sonrası məlumatların təmin edilməsi.
- Məhsulların uğurlu satışı və çatdırılması (o cümlədən, məsələn, Məhsullar üçün onlayn sifariş verildiyi hallarda), eləcə də Məhsullarla bağlı xidmətlərin (bundan sonra "Xidmətlər" adlandırılacaq ) yerinə yetirilməsi, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Məhsullar üçün zəmanət xidmətləri və Məhsul və Xidmətlər üçün ödəniş;
- İstehlakçıların Məhsulla təcrübəsinin təkmilləşdirilməsi, eləcə də Məhsulların istifadə müddəti ərzində onların diaqnostikasının aparılması;
- Nəzarətçilərdən və onun tərəfdaşlarından hər hansı biri tərəfindən hazırlanmış Məhsul və ya Xidmətlərlə bağlı vebsaytlara, ani mesajlaşma proqramlarına, sosial şəbəkə səhifələrinə və ya mobil proqramlara və digər məlumat resurslarına girişin mənim üçün təmin edilməsi;
- Məni hər hansı Nəzarətçi və ya üçüncü tərəf şirkətlərinin fəaliyyətlərində, sorğularında və istehlakçı araşdırmalarında seçimli və könüllü olaraq iştirak etməyə dəvət etmək. Şəxsi məlumatlarım bu məqsədlə Azərbaycan daxilində və ya beynəlxalq səviyyədə üçüncü tərəflərə (məsələn, Birləşmiş Krallıqdakı istehlakçı araşdırma agentliyinə) ötürülə bilər, həmçinin mənim həmişə belə araşdırmalardan heç bir ödəniş etmədən imtina etmək hüququm var;
- Bu sənəddə, habelə kommersiya analitikası məqsədləri üçün şəxsi məlumatlarımı İsveçrə, İrlandiya və digər ölkələrə transsərhəd köçürmə də daxil olmaqla, Philip Morris International qrupu daxilində PMI-nin əlaqəli şirkətlərinə ötürmək;
- Fərdi məlumatlarımın Teleperformance-ın Gürcüstandakı filialı da daxil olmaqla, azərbaycanlı müştərilər üçün (*5552) müştəri zəng mərkəzini idarə etməyə kömək edəcək müştəri əlaqələri xidmətləri göstərən çoxmillətli Teleperformance şirkətinə ötürmək;
- Göstərilən Fərdi Məlumatların emalı Məqsədini təmin etmək, həmçinin Xidmətlərin təkmilləşdirilməsi və qanuni istehlakçının və Nəzarətçilərin maraqlarının qorunması üçün Məhsullar üçün müştəri zəng mərkəzi ilə istənilən telefon və ya söhbət danışıqlarını qeyd etmək.
Nəzarətçilərdən hər hansı birinə yuxarıda göstərilən məqsədlər üçün əlaqə yaratmasına, telefon zəngləri, e-poçt, telefon (o cümlədən SMS, MMS), sosial şəbəkələr, ani mesajlaşma proqramları ilə, internet saytları, elektron informasiya resursları və digər informasiya sistemləri və mobil proqramlar ilə mənə bildiriş göndərməyinə icazə verirəm.
Ən azı 18 və ya daha yuxarı yaşda olduğumu və tütün məmulatlarının və ya digər nikotin tərkibli məhsulların istehlakçısı olduğumu təsdiq edirəm.
Nəzarətçilərin mənim Fərdi Məlumatlarımı müddətsiz saxlamaq hüquqları var. Mən başa düşürəm ki, mən bu razılığı istənilən vaxt və pulsuz olaraq, Məhsulların müştəri zəng mərkəzinə *5552 zəng etməklə və ya iqossupport@e.iqos.com e-poçtuna elektron mesaj göndərməklə və bu sənədin yuxarı hissəsində göstərilən Prime Light ünvanına yazılı müraciət göndərməklə geri götürə, yeniləyə və ya redaktə edə bilərəm. Mən başa düşürəm ki, bu razılıq geri çağırıldığı halda, mənim Fərdi Məlumatlarımın emalı dayandırılacaq və saxlanılan Fərdi Məlumatlar qanunvericiliyə uyğun olaraq məhv ediləcək.
Nəzarətçinin hər hansı aktivliklərində iştirak etdiyim zaman mənim soyadım, adım, ata adım, e-poçt ünvanım və (və ya) istifadəçi adımın sosial şəbəkələrdə və mesajlaşma proqramlarında dərc edildiyi hallar istisna olmaqla, Nəzarətçilər mənim Fərdi Məlumatlarımı ictimaiyyətə açıq olan mənbələrdə dərc etməyəcəklər.
Philip Morris International-ın məlumatların məxfilik siyasəti haqqında ətraflı məlumat üçün mən başa düşürəm ki, mən PMI Məxfilik Siyasətinə [AZ IQOS saytında yerləşdiriləcək PMI Məxfilik Siyasətinin AZ tərcüməsinə keçid] ünvanına müraciət edə bilərəm. Mən həmçinin başa düşürəm ki, bu razılığın mətni qeydiyyatdan keçdikdən sonra elektron poçt ünvanımda mövcuddur.