PMI tüstüsüz məhsulları üçün yaxşı konversiya metodları
PMI siqaret çəkməyə davam etməklə müqayisədə daha yaxşı seçimlər olan keyfiyyətli, elmi cəhətdən əsaslandırılmış tüstüsüz məhsullar təqdim edir. Bizim arzumuz budur ki, bir gün tüstüsüz məhsullar siqareti əvəz edəcək.
1. Siqaret çəkmək ciddi xəstəliklərə səbəb olur və asılılıq yaradandır. Şübhəsiz ki, siqaret çəkənlərin verə biləcəyi ən yaxşı qərar tütün və nikotin istifadəsini tamamilə tərgitməkdir.
2. Yetkinlik yaşına çatmayanlar tütün və nikotini heç bir formada istifadə etməməlidir.
3. PMI tüstüsüz məhsulları yetkinlik yaşına çatmış, adi halda siqaret çəkməyə və digər nikotin məhsullarını istifadə etməyə davam edəcək şəxslər üçündür.
4. PMI tüstüsüz məhsullarını tütün və nikotin məhsullarını heç vaxt istifadə etməmiş və ya tütün və nikotin məhsullarından istifadə etməyi tərgitmiş insanlara təklif etmirik. Tüstüsüz məhsullarımız siqareti tərgitməyi əvəz etmir və siqareti tərgitmə vasitəsi deyil.
5. PMI tüstüsü məhsulları risksiz deyil və tərkibində asılılıq yaradan nikotin maddəsi var. Ancaq tüstüsüz məhsula keçmək siqaret çəkməyə davam etməklə müqayisədə daha yaxşı seçimdir.
6. Yetkinlik yaşına çatmış tüstüsüz məhsul istifadəçilərimizi bu yolda təlim və bələdçilik vasitəsilə dəstəkləyirik.
7. İstehlakçılar tüstüsüz məhsulların üstünlüklərini hiss etmək üçün siqaretdən istifadəni tamamilə dayandırmalıdır.
8. İstehlakçıları tüstüsüz məhsullarımızla bağlı müvafiq təhlükəsizlik məlumatları ilə məlumatlandırırıq.
Təhlükəsizlik Xəbərdarlıqları və Təlimatları
Tütün və Nikotin
• IQOSTM cihazlarında istifadə olunan tütün çubuqlarında asılılıq yaradan maddə olan nikotin var.
• IQOS risksiz deyil. Tütün və nikotinin sağlamlığa təsirini azaltmağın ən yaxşı yolu tütün və nikotin istifadəsini tamamilə dayandırmaqdır.
• Tərkibində nikotin olan məhsulların bəzi istifadəçilərində qarında ağrı, sinədə ağrı, boğulma hissi, öskürmə, nəfəs almaqda çətinlik, başhərlənməsi, ağızda quruluq, boğazda quruluq, qinqivit, baş ağrısı, halsızlıq, burun tutulması, ürək bulanması, ağızda qıcıqlanma, ürək döyüntüsü, boğazda qıcıqlanma və qusma ola bilər.
• Tərkibində nikotin olan məhsullar ürək xəstəlikləri, şəkər, epilepsiya, ürəkkeçməsi olan və ya bunlardan risk altında olan şəxslər tərəfindən istifadə edilməməlidir.
• Tərkibində nikotin olan məhsullar hamiləlik və ya ana südü ilə qidalanma dövründə istifadə edilməməlidir. Hamiləsinizsə, ana südü verirsinizsə və ya hamilə ola biləciyinizi düşünürsünüzsə, tütün və nikotin istifadəsini tamamilə dayandırmalısınız.
• Siqaret çəkməyi dayandırmaq və ya IQOS və müvafiq tütün çubuqları və ya podları və ya tərkibində nikotin olan digər məhsullara keçərkən müəyyən dərmanların dozasının yenidən tənzimlənməsi tələb oluna bilər (məs. theophylline, clozapine, ropinirole).
• Mövcud səhiyyə vəziyyətinizlə bağlı IQOS istifadə etməyinizlə əlaqədar sualınız varsa, səhiyyə peşəkarı ilə əlaqə saxlayın.
Tütün çubuqlarının istifadəsi
• Yalnız aşağıdakı kimi istifadə edin:
√ IQOS ILUMATM cihazını SMART CORETM çubuqları ilə,
IQOS cihazını heç vaxt siqaret və ya oxşar məhsullarla istifadə etməyin. Bunu etmək zədələnməyə səbəb ola bilər.
• SMART CORE çubuqlarını heç cür dəyişdirməyin və ya ona başqa maddələr əlavə etməyin. Bunu etmək zədələnməyə səbəb ola bilər.
İstifadəçi məhsulu istifadə etməzdən əvvəl məhsulun istifadəsi ilə bağlı təhlükəsizliklə bağlı vacib məlumatları ehtiva edən Təhlükəsizlik Xəbərdarlıqları və Təlimatlarını tam oxumalıdır.
IQOS ILUMA Prime üçün Təhlükəsizlik Xəbərdarlıqları və Təlimatları
IQOS ILUMA üçün Təhlükəsizlik Xəbərdarlıqları və Təlimatları
IQOS ILUMA ONE üçün Təhlükəsizlik Xəbərdarlıqları və Təlimatları
Batereyanın köhnəlməsi
IQOS cihazlarında litium ionlu batereya var. Cihazdakı litium ionlu batereya istifadə edildikcə və vaxt keçdikcə zəifləyən istehlak edilən komponent hesab olunur. Bu, bütün doldurula bilən litium ionlu batereyalara aid olan təbii bir prosesdir. Batereya köhnəldikcə batereyanın içindəki aktiv komponentin enerjini saxlamaq qabiliyyəti zəifləyir, bu isə batereyanın maksimum enerji səviyyəsi və istifadə oluna bilən enerjinin azalması ilə nəticələnir. Əlavə olaraq, aktiv inqrediyentlər enerjini ötürməkdə səmərəliliyini itirir, bu isə batereyanın elektronik cihazın işləməsi üçün lazım olan enerjini təmin etmək qabiliyyətinin zəifləməsi deməkdir. Nəticədə təəssüratın müddəti daha qısa gələ bilər, bir doldurmada nəfəslər və ya təəssüratların sayı daha az ola bilər, ardıcıl ikinci istifadə mümkün olmaya bilər və ya qısa ola bilər, yaxud da avtostart və IQOS ILUMA tutacağı üçün iki dəfə toxunma kimi bəzi funksiyalar işləməyə bilər.
Batereya elə bir kimyəvi sistemdir ki, burada doldurma və boşalma zamanı müəyyən diapazonda olan temperatur tələb olunur ki, optimal şəkildə işləyə bilsin və vaxt keçdikcə batereya həcminin azalması minimal olsun. Cihazınızın işləyə bildiyi müəyyən bir temperatur diapazonu olsa da, bu diapazonun ifrat hissələrində istifadə etmək batereyanızı daha tez köhnəlməsinə səbəb olacaq. Cihazınızın ömrünü maksimallaşdırmaq üçün onun daxilində doldurma parametrlərini idarə edən fərdi proqram təminatı var. Bu alqoritmlər batereyanızın ömrünün uzun olmasına şərait yaradır, ancaq onlar litium batereyaların adi köhnəlmə prosesinin qarşısını ala bilməyəcək. Çox yüksək və aşağı temperaturlarda istifadə etmək batereyanızın təbii köhnəlmə prosesini sürətləndirəcək. Hətta cihazınızı istifadə etməsəniz belə, batereyanın tərkibində vaxt keçdikcə köhnələn kimyəvi sistemlər var. Batereyanın köhnəlməsini yavaşlatmaq üçün onu tövsiyə olunan temperaturlarda istifadə etməyinizi, uzun müddət doldurmamış saxlamamağınızı və onu üstündə verilən doldurma kabelləri və elektrik adaptorları ilə istifadəçi təlimatında göstərilən formada enerji ilə doldurmağınızı etməyinizi tövsiyə edirik.