Skip to main content

IQOS FAQ-a xoş gəlmisiniz

Tez-tez verilən suallar

• IQOS ILUMA i™ IQOS ILUMA™ qızdırıcı cihazlar seriyamızdan olan ən sonuncu innovasiyadır. 
 
• IQOS ILUMA i™ tütün təcrübəsini dəyişkən şəkildə yaşaya bilməyiniz üçün bir sıra qabaqcıl funksiyalarla təmiz, bənzərsiz və zövqverici təcrübəni təmin edir.
 
• IQOS ILUMA i™ 3 növ cihazdan ibarətdir: IQOS ILUMA i PRIME, IQOS ILUMA i və IQOS ILUMA i ONE

• Həm IQOS ILUMA™, həm də IQOS ILUMA i™ siqaretə alternativ olmaqla bıçaqsız SMARTCORE İNDUKSİYA SİSTEMİMİZƏ™ əsaslanır. 
 
• IQOS ILUMA i™ IQOS ILUMA™ qızdırıcı cihazlarının növbəti nəslidir.
 
• IQOS ILUMA i™ ilə təmiz və bənzərsiz IQOS ILUMA™ təcrübəsini yaşamağa davam edəcək və ən əsası, hər zamankından daha dəyişkən təcrübə yaşamaq üçün əlavə funksiyalar əldə edəcəksiniz.
 
IQOS ILUMA i PRIME və IQOS ILUMA i cihazlarında hansı yeniliklər var? 
 
• Yaşadığınız təcrübə barədə dərhal məlumat əldə etmək üçün yeni sensorlu ekran:
o əvvəlcədən qızdırma vəziyyəti (müddət, tamamlanma) 
o geriyə qalan istifadə müddəti
o mövcud istifadə imkanlarının sayı (bir və ya iki)
• Öz təcrübənizi istifadə vərdişlərinizə uyğunlaşdırmaq üçün əlavə yeni qabaqcıl funksiyalar:
o Fasilə rejimi ilə sessiyanı müvəqqəti dayandırın 
o FlexPuff funksiyası ilə istifadə vərdişlərinizə uyğunlaşan dəyişkən təcrübə 
o FlexBattery funksiyası ilə tutacaq batareyasını tənzimləmək imkanı

IQOS ILUMA i PRIME və IQOS ILUMA i arasında uyğunluq 
• Bəli, uyğunluq var.
 
IQOS ILUMA və IQOS ILUMA i arasında uyğunluq 
• Bəli, uyğunluq var. 
• IQOS ILUMA™ cihazının aksesuarları IQOS ILUMA i™ cihazlarına uyğundur və əksinə

Bəli. Yükləmə kabeli və dəyişən cərəyanlı adapter eynidir.

• Tələb olunan kabel: C tipli kabel. 
• Optimal doldurma üçün dəyişən cərəyanlı adapterinizin:
• 10 Vt cərəyan verdiyindən (5V 2A - 5 Volt; 2 Amper)
• təhlükəsizlik sertifikatı nişanına malik olduğundan 

Ən geniş yayılmış adapter növləri 3 Amperlə çalışan adapterlərdir. Onlardan istifadə edə bilərəm? 
• Bəli, 5 V 3 A-lik (5 Volt 3 Amper) adapterlərdən IQOS ILUMA i™ cihazlarını doldurmaq üçün istifadə oluna bilər. Doldurma cərəyanı 5 V 2 A olaraq qalacaqdır. 
• Sertifikatlaşdırılmış 3-cü tərəf dəyişən cərəyanlı adapterlə optimal doldurma üçün aşağıdakılardan əmin olun:
• 10 Vt (5 Volt və/və ya 2 Amper) və ya daha yuxarı cərəyan təchiz edir; böyük marketlərdən əldə edilə bilər.
• daha az enerjidən sərf olunması doldurma vaxtının artmasına səbəb olacaqdır.
• təhlükəsizlik sertifikatı nişanına malik olduğundan 

• Yüksək cərəyanlı adapterdən istifadə oluna bilər (5 V 2 A və ya daha yuxarı). Böyük marketlərdən asanlıqla əldə edilə bilər. Doldurma cərəyanı 5 V 2 A olaraq qalacaqdır.
• Aşağı cərəyanlı adapter doldurma müddətinin uzanmasına səbəb olacaqdır.
• Qidalanma və sertifikatlaşdırma ilə bağlı məlumatları qablaşdırma və ya dəyişən cərəyanlı adapterin üzərində yoxlaya bilərsiniz. 

• FlexPuff IQOS ILUMA i™ cihazının funksiyası olmaqla hər zamankından daha dəyişkən təcrübə yaşamağınıza imkan verir. 
• Qullablama tərzinizdən asılı olaraq, FlexPuff sizə uyğunlaşır və 6 dəqiqə ərzində əlavə 4 qullab (14 qullabdan əlavə) təmin edə bilər.
• FlexPuff tütün çubuqları ilə istifadə üçün nəzərdə tutulub. Aktivləşdirmə və qullabların sayı fərdi istifadə formasına görə dəyişir. Buna görə, hər istifadə zamanı əlavə qullab olmaya bilər. 
• Sistem vərdişlərinizi avtomatik təhlil etdiyi üçün heç bir tədbir görməyiniz tələb olunmur.
• Fasilə funksiyasından istifadə edirsinizsə, FlexPuff işləməyəcəkdir.
• Eko rejimindən istifadə edirsinizsə, FlexPuff işləyəcəkdir.
 
 
İş prinsipi:
• İstifadənin sonuna yaxın cihazınız çubuğun tam istifadə olunub-olunmadığını təhlil edəcək. 
• Əgər çubuq tam istifadə olunubsa, 4 qullab avtomatik əlavə edilir və sensorlu ekranda göstərilir 

•Fasilə rejimi IQOS ILUMA i PRIME™ və IQOS ILUMA i™ cihazlarının tütündən istifadəni 8 dəqiqəyə qədər dayandırıb sonradan davam etməyinizə imkan verən qabaqcıl funksiyasıdır.
• 8 dəqiqə ərzində yenidən aktivləşdirməsəniz, tutacaq avtomatik sönəcək və sessiya sonlanacaqdır. 
Fasilə rejimindən istifadə qaydası: 
1. Fasilə rejimini aktivləşdirmək üçün bütün sensorlu ekran boyunca aşağıya düşün. Fasilə başladıqda titrəmə xəbərdarlıq edəcəkdir.
2. Fasilə zamanı sensorlu ekranın üzərindəki LED işıqlar geri sayım getdikcə saat 12 mövqeyindən başlayaraq (saat əqrəbinin əksi istiqamətdə) bir-bir yox olacaq.
3. Əgər sessiya 8 dəqiqə ərzində davam etdirilməzsə, tutaca sönəcək. Fasilə yekunlaşdıqda titrəmə ilə xəbərdarlıq ediləcək. 
4. Sessiyanı davam etdirmək üçün sensorlu ekran boyunca yuxarıya çıxın. Unutmayın ki, fasilə rejimi aktivləşdikdə sessiya 14 qullabla məhdudlaşır (fasilədən əvvəl və sonrakı qullablar daxil olmaqla).
5. Sessiya davam etdirildikdən sonra təqribən 20 saniyə əvvəlcədən qızdırma baş verəcək. Sensorlu ekranda işığın dairəni tamamladığı göstəriləcək.   
6. Titrəmə və işıqlı indikator tutacağın istifadəyə hazır olduğunu göstərir.

• FlexBattery IQOS ILUMA i PRIME™ və IQOS ILUMA i™ cihazlarında tutacağınızın batareyasından Performans və ya Eko rejimində istifadə etməyə imkan verən qabaqcıl funksiyadır.
• Cihazınız standart olaraq Performans rejimində olur, ancaq IQOS tətbiqi vasitəsilə Eko rejiminə keçə bilərsiniz.
 
Performans rejimi (standart): 
• hər biri 6 dəqiqəyə qədər olmaqla 2 ardıcıl istifadə və onlardan biri üçün 1 fasilə imkanı. 
və ya
• hər biri 6 dəqiqəyə qədər olmaqla fasiləsiz 3 ardıcıl istifadə.
• Qeyd: sensorlu ekranda 3-cü mümkün sessiya göstəriləcəkdir. 2-ci sessiyadan sonra sensorlu ekranda əlavə bir sessiya göstəriləcək (bir xətt). Heç bir sessiya qalmadıqda sensorlu ekranda "0" rəqəmi göstərilir.
 
 
Eko rejimi (IQOS tətbiqində aktivləşdirilir).
 
• Tutacağınız 6 dəqiqəyə qədər davam etməklə yalnız tək istifadəyə uyğunlaşdırılacaq. 
• Fasilə rejimi bu rejimdə mövcud deyil.
• FlexPuff bu rejimdə mövcuddur.
• Bu batareya rejimi IQOS tətbiqi vasitəsilə aktivləşdirilir.
• Tutacağın batareyasının ömrünü 1 ilə qədər artırır(yalnız tutacağın istifadə müddəti boyunca tamamilə Eko rejimində istifadə olunduqda mümkündür və fərdi sərfiyyatdan asılıdır).

• Sensorlu ekranda LED işığın 2 intensivlik səviyyəsi mövcuddur: "Yüksək" və "Aşağı".
• LED işığın intensivliyini dəyişmək üçün sensorlu ekrana beş dəfə toxunun
• LED işığın intensivlik səviyyəsi 100 % (Yüksək) və 30 % (Aşağı) arasında dəyişir. 

• Mövcud sessiyaların sayını sensorlu ekrandan yoxlaya bilərsiniz.
• Sensorlu ekrana qısaca toxunun:
• İki üfüqi xətt - 2 sessiya qalıb
• Bir üfüqi xətt - 1 sessiya qalıb 
• 2-ci sessiyadan sonra bir üfüqi xətt 3-cü sessiyanızın ola biləcəyiniz göstərir. 
• "0" rəqəmi batareyanızın boşaldığını göstərir. Sessiya yoxdur. Tutacağınızı yenidən doldurun.

 Əvvəlcədən qızdırma

 Touch Screen s

Mövcud sessiyalar

 Touch Screen s

2 sessiya mövcuddur 

 Touch Screen s

1 sessiya mövcuddur

 Touch Screen s

Avtomatik başlatma deaktivdir

 Touch Screen s

Cihazın kilidi

 Touch Screen s

Tutacaq optimal temperatur aralığında deyil

 Touch Screen s

Fasilə rejimi

 Touch Screen s

Flex Puff

Flex puff

Flex Battery

Flex puff

Tükənmiş batareya

Flex puff

Problem bir neçə səbəbdən qaynaqlana bilər. Aşağıdakıları yoxlayın:
 
1. Cihazınız Eko rejimində ola bilər (FlexBattery funksiyası):
a. Eko rejimində tutacağınız 6 dəqiqəyə qədər davam etməklə yalnız tək istifadəyə uyğunlaşdırılacaq.
b. Eko rejimində tutacaq hər zaman bir üfüqi xətt göstərir (tam dolu olduqda).
c. FlexBattery parametrini IQOS tətbiqində Performans rejiminə dəyişə bilərsiniz. Bu, sizə bir neçə ardıcıl istifadə imkanı verəcək [keçid - IQOS tətbiqində qabaqcıl funksiyaları dəyişdirmək qaydası]
 
2. Boşalmış tutacaq:
a. Tutacağı tam doldura bilmək üçün cib doldurucusu kifayət qədər doldurulmalıdır (ən azı bir bütöv ağ işıq).
b. Tutacağı dolu cib doldurucusuna yerləşdirin və cib doldurucusunun üzərində iki tutacaq işığı bütöv ağ rəngdə olana qədər saxlayın.
3. Çirkli terminallar:
a. Tutacağın və cib doldurucusunun terminallarını (tutacağın cib doldurucusu ilə təmas etdiyi yer) təmizləyin 
 
4. Optimal temperatur aralığından yayınma:
a. IQOS ILUMA i™ cihazları üçün iş temperaturu aralığı 0°C - 40°C-dir. Əgər bu aralıqdan kənarda istifadə olunarsa, sessiya yarım qala və ya başlamaya bilər.
b. Cihazı optimal temperatur aralığına gətirin.
 
5. Batareyanın zəifləməsi:
a. Əgər məhsulu satın aldıqdan 12 ay sonra sessiya zamanı işıqlar 8 dəfə yanıb sönürsə, bu, normal olaraq batareyanın zəiflədiyini göstərir. 
b. Əgər məhsulu satın aldıqdan sonra 12 ay ərzində sessiya zamanı işıqlar 8 dəfə yanıb sönürsə, dəyişdirmə hüququnun olub-olmaması yoxlanmalıdır. 
6. Nəm çubuqlar:
a. Əgər SMARTCORE STICKS™ çubuqları nəmdirsə, cihaz hər istifadə zamanı daha çox enerji sərf edə bilər. Bu, batareyanın daha sürətlə boşalmasına səbəb ola bilər.
b. SMARTCORE STICKS™ çubuqlarını optimal şəraitdə saxlamaq üçün onları qapalı qablaşdırmaya yerləşdirin və rütubətə və ya rütubətli hava şəraitinə məruz qoymayın. 

Problem bir neçə səbəbdən qaynaqlana bilər:
 
1. Performans rejimində fasilə funksiyasından istifadə edirsiniz:
a. Cib doldurucusu tam dolu olduqda ilk iki sessiya zamanı fasilədən istifadə etməsəniz, Performans rejimində 3-cü ardıcıl sessiyanız olacaqdır (FlexBattery funksiyası).
b. Əgər fasilədən istifadə edirsinizsə, cihaz yalnız 2 ardıcıl istifadəni təmin edəcəkdir.
 
2. Tutacaq tam doldurulmayıb:
a. Tutacağı doldurulmuş cib doldurucusuna daxil edərək doldurun.
b. Unutmayın ki, hətta tutacaq tam dolu olsa və sessiya mövcud olsa belə, sensorlu ekranda 3-cü mövcud sessiya göstərilməyəcəkdir.
 
3. Cihaz optimal temperatur aralığında deyil:
a. Əgər tutacaqdan optimal temperatur aralığında (0°C - 40°C) istifadə olunmursa, cihaz hər istifadə zamanı daha çox enerji sərf edə bilər. Bu, batareyanın daha sürətlə boşalmasına səbəb ola bilər.
b. Cihazı optimal temperatur aralığına gətirin.
 
4. Nəm çubuqlar:
a. Əgər SMARTCORE STICKS™ çubuqları nəmdirsə, cihaz hər istifadə zamanı daha çox enerji sərf edə bilər. Bu, batareyanın daha sürətlə boşalmasına səbəb ola bilər.
b. SMARTCORE STICK™ çubuğunu optimal şəraitdə saxlamaq üçün onları qapalı qablaşdırmaya yerləşdirin və rütubətə və ya rütubətli hava şəraitinə məruz qoymayın. 
 
5. Batareyanın zəifləməsi:
a. Batareyanın zəifləməsi zamanla istənilən elektron cihazda baş verə bilər.
b. Bu halda dəyişdirmə zəmanətlə qarşılanmır. 

• Yanlış istifadə: IQOS tətbiqini açıb Performans rejiminin və Fasilə rejiminin yanılı olduğundan əmin olun. Fasilə rejiminin aktivləşdirilməsi sensorlu ekranın üst hissəsində 2 qısa şaquli xətlə göstərilir və cihazın tutacağında bütün sensorlu ekranı aşağıya sürüşdürməklə aktivləşdirilir.
• Fasilə artıq istifadədədir: Fasilə rejimi yalnız tam dolu tutacağın təmin etdiyi ilk iki sessiyadan birində mümkündür (Performans rejimində).
• Eko rejimi aktivdir: cihazınız yalnız Performans rejimində işləyən Fasilə rejimi ilə təchiz olunub (FlexBattery funksiyası). Fasilə rejimi Eko rejimində çalışmır. Fasilə rejimi funksiyasını aktivləşdirmək üçün IQOS tətbiqi vasitəsilə FlexBattery funksiyasını Eko rejimindən Performans rejiminə dəyişin. 
• Sessiyanın sonları: Fasilə rejimi yalnız sessiyanın ilk 3 dəqiqəsi və ya 8 qullabında mümkündür. Əgər bu aralıqdan kənarda Fasilə rejimini aktivləşdirməyə çalışsanız, mümkün olmayacaq. 
• Düzgün jest: Fasilə rejimini aktivləşdirmək üçün düzgün jest bütün sensorlu ekranı sürüşdürməkdir. Burada məqsəd Fasilə rejiminin səhvən aktivləşdirilməsinin qarşısını almaqdır.

FlexPuff aşağıdakı səbəblərə görə aktivləşməyə bilər:
• Yanlış çubuq: Cihaz yalnız SMARTCORE STICK™ çubuğu ilə işləmək üçün nəzərdə tutulub. Hər hansı digər məhsuldan istifadə edirsinizsə, sessiyanın müddəti dəyişə və ya sessiya başlamaya bilər.
• Çubuğun yanlış daxil edilməsi: SMARTCORE STICK™ çubuğunu düzgün şəkildə daxil etdiyinizdən əmin olun. SMARTCORE STICK™ çubuğunu filtr çölə tərəf baxmaqla filtrin üzərindəki xəttə yerləşdirin. 
• Qızdırıcı kamerada çirk və ya yad cisimlər: qızdırıcı kamerada qırılmış çubuq yaxud digər qırıntı və ya yad cisimlərin olub-olmadığını yoxlayın.  Cihazı zədələməmək üçün qızdırıcı kameraya hər hansı kəskin cisim daxil etməyin. 
• Cihazın nasazlığı: Cihazı sıfırlayın. Problem həll olunmazsa, xəta diaqramına nəzər salın.
• Flex Puff IQOS tətbiqi vasitəsilə deaktiv edilir: FlexPuff funksiyasını IQOS tətbiqi vasitəsilə aktivləşdirin 
• Əgər iri qullablar alırsınızsa, FlexPuff aktivləşməyə bilər, çünki sessiya zamanı çox sayda aerozoldan istifadə olunur. 
• FlexPuff tütün çubuqları ilə istifadə üçün nəzərdə tutulub. Qullabların aktivləşdirilməsi və sayı fərdi istifadə vərdişlərindən asılıdır, buna görə genişləndirilmiş sessiya hər sessiyaya şamil olmaya bilər.

• Qullablama tərzinizdən asılı olaraq, FlexPuff sizə uyğunlaşır və maksimum 6 dəqiqə ərzində əlavə 4 qullab (14 qullabdan əlavə) təmin edə bilər.
• FlexPuff tütün çubuqları ilə istifadə üçün nəzərdə tutulub. Aktivləşdirmə və qullabların sayı fərdi istifadə formasına görə dəyişir. Beləliklə, əlavə qullablar bütün yetkin istifadəçilərə və/və ya sessiyalara şamil olmaya bilər. 

• Standart olaraq yeni cihazda avtomatik başlatma aktiv olur. Həmçinin, sessiyanı əllə başlatmaq üçün barmağınızla sensorlu ekranı aşağıdan yuxarıya sürüşdürə bilərsiniz. 
• Cihazın yanılı olduğundan əmin olun
• Çubuğu daxil etdikdən sonra sessiyanın avtomatik başlamasında çətinliklərlə üzləşirsinizsə, aşağıdakıları yoxlayın:
 
Boşalmış tutacaq:
• Tutacağı tam doldura bilmək üçün cib doldurucusu kifayət qədər doldurulmalıdır (ən azı bir bütöv ağ işıq).
• Tutacağı dolu cib doldurucusuna yerləşdirin və cib doldurucusunun üzərində iki tutacaq işığı bütöv ağ rəngdə olana qədər saxlayın.
 
Cihaz kilidlidir: 
• Cihazı IQOS tətbiqi vasitəsilə deaktiv edin.
 
Cihaz optimal temperatur aralığında deyil:
• IQOS ILUMA i™ cihazları üçün iş temperaturu aralığı 0°C - 40°C-dir. Əgər bu aralıqdan kənarda istifadə olunarsa, sessiya yarım qala və ya başlamaya bilər.
• Cihazı optimal temperatur aralığına gətirin.
 
Avtomatik başlatma deaktivdir: 
• Əgər çubuğun daxil edilməsinə baxmayaraq, avtomatik başlatma deaktivdirsə, 3 üfüqi xətt 3-qat dalğa şəklində göstəriləcəkdir 
• IQOS tətbiqini açıb avtomatik başlatmanın aktiv olduğundan və cihaz kilidinin deaktiv edildiyindən əmin olun.
 
Yanlış çubuq və ya çubuğun yanlış daxil edilməsi:
• Yanlış çubuq: Cihaz yalnız SMARTCORE STICK™ çubuğu ilə işləmək üçün nəzərdə tutulub. Hər hansı digər məhsuldan istifadə edirsinizsə, sessiyanın müddəti dəyişə və ya sessiya başlamaya bilər.
• Çubuğun yanlış daxil edilməsi: SMARTOCRE STICK™ çubuğunuzun düzgün daxil edildiyindən əmin olun. SMARTCORE STICK™ çubuğunu rəngli hissə çölə tərəf baxmaqla filtrin üzərindəki xəttə yerləşdirin. 
 
Sessiyanın başladığını təsdiq etmək üçün cihaz titrəyəcək və sensorlu ekranın aşağısından tam bağlanana qədər yavaş-yavaş halqa peyda olacaqdır.

• Standart olaraq yeni cihazda avtomatik başlatma aktiv olur. 
• Əvvəlcədən qızdırma avtomatik olaraq (avtomatik başlatma) və ya düyməni sıxıb 1 saniyə saxlamaqla işə düşməlidir.
• Çubuğu daxil etdikdən sonra sessiyanın avtomatik başlamasında çətinliklərlə üzləşirsinizsə, aşağıdakıları yoxlayın:
 
Boşalmış cihaz:
• Cihaz kifayət qədər doldurulmalıdır (ən azı bir tam ağ işıq qədər) 
• Cihazı uyğun kabel və adapterlə doldurun. 
• Tam boşalıbsa, cihazın işıqlarının yenidən yanması üçün bir neçə saniyə vaxt lazım ola bilər.
• Tam doldurma təqribən 90 dəqiqə çəkir. 4 işıq tam ağ rəngdə yanacaq və tam dolduğu zaman sönəcək. 
 
Cihaz kilidlidir: 
• Cihazı IQOS tətbiqi vasitəsilə deaktiv edin.
Cihaz optimal temperatur aralığında deyil:
• IQOS ILUMA i™ cihazları üçün iş temperaturu aralığı 0°C - 40°C-dir. Əgər bu aralıqdan kənarda istifadə olunarsa, sessiya yarım qala və ya başlamaya bilər.
• Cihazı optimal temperatur aralığına gətirin.
 
Avtomatik başlatma deaktivdir: 
• IQOS tətbiqini açıb avtomatik başlatmanın aktiv olduğundan və cihaz kilidinin deaktiv edildiyindən əmin olun.
 
Yanlış çubuq və ya çubuğun yanlış daxil edilməsi:
• Cihaz yalnız SMARTCORE STICK™ çubuğu ilə işləmək üçün nəzərdə tutulub. Hər hansı digər məhsuldan istifadə edirsinizsə, sessiyanın müddəti dəyişə və ya sessiya başlamaya bilər.
• SMARTCORE STICK™ çubuğunun tam (təqribən xəttə qədər) daxil edildiyindən əmin olun
 
Sessiyanın başladığını təsdiq etmək üçün cihaz titrəyəcəkdir. 

• Əgər sensorlu ekrandan istifadə ilə bağlı çətinliklər yaşayırsınızsa, aşağıdakılardan əmin olun:
o Əlcəkdən istifadə etmədiyinizdən
o Barmaqlarınızın təmiz və quru olduğundan
o Sensorlu ekranın sınmadığından və ya çatlamadığından
o Sensorlu ekranın təmiz və quru olduğundan
• Əgər sensorlu ekranda işıq yoxdursa, aşağıdakılardan əmin olun:
o Tutacağın yanılı olduğundan
o Tutacağın dolu olduğundan
o Tutacağın zədələnmədiyindən
• Əgər sensorlu ekranda işıq yoxdursa, onu sıfırlayın.
• Əgər fiziki zədə baş veribsə və yuxarıda addımlar problemi həll etmirsə, xəta diaqramında əks olunan təlimatlara əsasən dəyişdirmə hüququnuzun olub-olmadığını yoxlayın. 

• Əgər Performans rejimindən istifadə edirsinizsə (FlexBattery funksiyası), cihazınız fasilə etmədən 3-ə qədər ardıcıl istifadəni təmin edə bilər.
• Batareya parametrini IQOS tətbiqi vasitəsilə Eko rejiminə dəyişə bilərsiniz. 
 
• Bu halda tutacağınız 6 dəqiqəyə qədər davam etməklə yalnız tək istifadəyə uyğunlaşdırılacaq. 
 
• Fasilə rejimi Eko rejimində çalışmır.

• Yeni fərdiləşdirilə bilən funksiyalar (IQOS ILUMA i™ nəsli üçün):
• FlexBattery (IQOS ILUMA i™ ONE cihazına aid deyil)
• FlexPuff
 
FlexBattery tutacağın batareyasından Performans və ya Eko rejimində istifadə etmək imkanı verən qabaqcıl funksiyadır:
• Cihazınız standart olaraq Performans rejimində olur
• Eko rejimi tutacağın batareyasının ömrünü bir ilə qədər artırır (yalnız tutacağın istifadə müddəti boyunca tamamilə Eko rejimində istifadə olunduqda mümkündür və fərdi sərfiyyatdan asılıdır).
• Unutmayın ki, Fasilə rejimi Eko rejimində çalışmır.
 
FlexPuff qabaqcıl funksiya olmaqla hər zamankından daha dəyişkən təcrübə yaşamağınıza imkan verir.  
• FlexPuff əlavə 4 qullab təmin edə bilər (FlexPuff tütün çubuqları ilə istifadə üçün nəzərdə tutulub. Aktivləşdirmə və qullabların sayı fərdi istifadə vərdişlərindən asılıdır, buna görə əlavə qullablar bütün istifadəçilərə və/və ya sessiyalara şamil olunmaya bilər. Fasilə funksiyasından istifadə olunduqda FlexPuff aktivləşmir).
• IQOS tətbiqində bu funksiyanı aktivləşdirə və ya deaktiv edə bilərsiniz.
 
İşıqlandırma rejimləri: Güclü və ya zəif Ağıllı jestlər: Aktiv/qeyri-aktiv

Ətraflı buradan öyrənə bilərsin https://www.iqos.com/az/az/get-support/warranty.html 

• Xeyr. Əgər cihazınız dəyişdirilməlidirsə, tam eyni modellə əvəz olunacaqdır.
• Biz 1-illik könüllü zəmanət təklif edirik.

• Cihazın seriya nömrəsi cihazın arxasında yerləşir 
• Tutacağın seriya nömrəsi tutacağın səthində yerləşir 

1. Cihazı işə salın - cib doldurucusunun düyməsini sıxıb 4 saniyə saxlayın, daha sonra buraxın; cib doldurucusunun status işıqları və tutacağın status işıqları yavaşca yanacaqdır.
2. Tutacağı cib doldurucusuna daxil edin və dolması üçün örtüklə bağlayın. Tutacağın status işığı tutacağın batareya səviyyəsini göstərəcəkdir.
3. Tutacaq titrəyənə qədər SMARTCORE STICK™ çubuğunu filtrin üzərində xəttə yerləşdirin (Şəkil 1).
4. Əvvəlcədən qızdırma avtomatik olaraq (avtomatik başlatma) və ya sensorlu ekranı yuxarıya sürüşdürməklə başlayır. Sensorlu ekranda əvvəlcədən qızdırmanın statusu göstəriləcəkdir (təxminən 20 saniyə) (Şəkil 2)
5. 2-ci titrəmə - istifadəyə başlaya bilərsiniz (Şəkil 3)
6. Sensorlu ekranda geri sayım işığı sessiyanın qalan müddətini göstərir (Şəkil 4)

Holder ILUMA I PRIME TOUCH SCREEN

7. Demək olar, tamamlanıb - 30 saniyə və ya son 2 qullabın qaldığından xəbərdar etmək üçün tutacaq titrəyəcəkdir.
8. İstifadə edilmiş SMARTCORE STICK™ çubuğunu çıxarıb təhlükəsizlik xəbərdarlıqlarına və təlimatlarına uyğun olaraq utilizasiya edin.
9. Tutacağı yenidən doldurmaq üçün cib doldurucusuna daxil edin.

• Cib doldurucusunu doldurmaq üçün ilk istifadədən əvvəl cib doldurucusunu uyğun dəyişən cərəyanlı adapter (5 V, 2 A, C tipli port) və C tipli yükləmə kabeli* vasitəsilə tam doldurun.
• Tam doldurma təxminən 135 dəqiqə (2 saat 15 dəqiqə) çəkir
• IQOS ILUMA i PRIME™ cib doldurucusunu tutacaq daxil edilmiş şəkildə və ya daxil edilmədən doldura bilərsiniz.
• İlk dəfə (qablaşdırmanı açdıqdan sonra) və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra tutacağı tam doldurmaq 10 dəqiqəyə qədər çəkə bilər. Bu, normaldır. 
• IQOS ILUMA i PRIME™ cib doldurucusunun işləməsi üçün onu tam doldurmaq tələb olunmur, ancaq ilk istifadədən əvvəl tam doldurmağı tövsiyə edirik.
--------------------------------------------------------------------------------------------------------------
• Tutacağınızı doldurmaq üçün onu cib doldurucusuna daxil edin və dolması üçün örtüklə bağlayın. 
• Tutacağın status işığı tutacağın batareya səviyyəsini göstərəcəkdir.
• Əgər batareya boşalıbsa, sensorlu ekranda aşağıdakı nişan göstəriləcək (işıq halqasının içərisində sıfır rəqəmi və işıq halqasının içərisində boşluq)

Charger ILUMA I PRIME grey

• Cib doldurucusunun doluluq səviyyəsini yoxlamaq üçün cib doldurucusunun düyməsini qısa olaraq basın. Status işıqları yanaraq batareya səviyyəsini göstərəcəkdir: 
o 4 LED işıq = 75 %-dən çox
o 1 LED işıq = 25 %-dən az. 
o Üç dəfə yanıb sönən 1 narıncı LED işıq = batareya boşalıb. Doldurmaq lazımdır.
 
• Tutacağın statusunu yoxlamaq üçün tutacağı özünüzə tərəf əyin və ya sensorlu ekrana toxunun. 
• Tutacağın status işıqları tutacağın batareya səviyyəsini göstərəcəkdir.
• Əgər batareya boşalıbsa, sensorlu ekranda aşağıdakı nişan göstəriləcək (işıq halqasının içərisində sıfır rəqəmi və işıq halqasının içərisində boşluq).

Charger ILUMA I PRIME grey

• Tutacağı cib doldurucusuna yerləşdirin və cib dolrucusunun düyməsini sıxıb 10 saniyə saxlayın.  
 
• Bütün status işıqları sönəcək, iki dəfə yanıb sönəcək və yenidən yanaraq sıfırlamanı təsdiq edəcək. 

Charger ILUMA I PRIME grey

• Cihazın seriya nömrəsi cihazın arxasında yerləşir 
• Tutacağın seriya nömrəsi tutacağın səthində yerləşir

1. Cihazı işə salın - cib doldurucusunun düyməsini sıxıb 4 saniyə saxlayın, daha sonra buraxın; cib doldurucusunun status işıqları və tutacağın status işıqları yavaşca yanacaqdır.
2. Tutacağı cib doldurucusuna daxil edin və dolması üçün örtüklə bağlayın. Tutacağın status işığı tutacağın batareya səviyyəsini göstərəcəkdir.
3. Tutacaq titrəyənə qədər SMARTCORE STICK™ çubuğunu filtrin üzərində xəttə yerləşdirin (Şəkil 1).
4. Əvvəlcədən qızdırma avtomatik olaraq (avtomatik başlatma) və ya sensorlu ekranı yuxarıya sürüşdürməklə başlayır. Sensorlu ekranda əvvəlcədən qızdırmanın statusu göstəriləcəkdir (təxminən 20 saniyə) (Şəkil 2)
5. 2-ci titrəmə - istifadəyə başlaya bilərsiniz (Şəkil 3)
6. Sensorlu ekranda geri sayım işığı sessiyanın qalan müddətini göstərir (Şəkil 4)

Holder ILUMA I PRIME TOUCH SCREEN

7. Demək olar, tamamlanıb - 30 saniyə və ya son 2 qullabın qaldığından xəbərdar etmək üçün tutacaq titrəyəcəkdir.
8. İstifadə edilmiş SMARTCORE STICK™ çubuğunu çıxarıb təhlükəsizlik xəbərdarlıqlarına və təlimatlarına uyğun olaraq utilizasiya edin.
9. Tutacağı yenidən doldurmaq üçün cib doldurucusuna daxil edin.

• Cib doldurucusunu doldurmaq üçün ilk istifadədən əvvəl cib doldurucusunu uyğun dəyişən cərəyanlı adapter (5 V, 2 A, C tipli port) və C tipli yükləmə kabeli* vasitəsilə tam doldurun.
 
• Tam doldurma təxminən 135 dəqiqə (2 saat 15 dəqiqə) çəkir 
 
• IQOS ILUMA i™ cib doldurucusunu tutacaq daxil edilmiş şəkildə və ya daxil edilmədən doldura bilərsiniz.
 
• İlk dəfə (qablaşdırmanı açdıqdan sonra) və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra tutacağı tam doldurmaq 10 dəqiqəyə qədər çəkə bilər. Bu, normaldır. 
 
• IQOS ILUMA i™ cib doldurucusunun işləməsi üçün onu tam doldurmaq tələb olunmur, ancaq ilk istifadədən əvvəl tam doldurmağı tövsiyə edirik.
--------------------------------------------------------------------------------------------------------------
• Tutacağınızı doldurmaq üçün onu cib doldurucusuna daxil edin və dolması üçün örtüklə bağlayın. 
 
• Tutacağın status işığı tutacağın batareya səviyyəsini göstərəcəkdir.
• Əgər batareya boşalıbsa, sensorlu ekranda aşağıdakı nişan göstəriləcək (işıq halqasının içərisində sıfır rəqəmi və işıq halqasının içərisində boşluq).

charger iluma grey

• Cib doldurucusunun doluluq səviyyəsini yoxlamaq üçün cib doldurucusunun düyməsini qısa olaraq basın. Status işıqları yanaraq batareya səviyyəsini göstərəcəkdir: 
o 4 LED işıq = 75 %-dən çox
o 1 LED işıq = 25 %-dən az. 
o Üç dəfə yanıb sönən 1 narıncı LED işıq = batareya boşalıb. Doldurmaq lazımdır.
 
• Tutacağın statusunu yoxlamaq üçün tutacağı özünüzə tərəf əyin və ya sensorlu ekrana toxunun.
• Tutacağın status işıqları tutacağın batareya səviyyəsini göstərəcəkdir.
• Əgər batareya boşalıbsa, sensorlu ekranda aşağıdakı nişan göstəriləcək (işıq halqasının içərisində sıfır rəqəmi və işıq halqasının içərisində boşluq).
 

charger iluma grey

• Tutacağı cib doldurucusuna yerləşdirin və cib dolrucusunun düyməsini sıxıb 10 saniyə saxlayın.  
 
• Bütün status işıqları sönəcək, iki dəfə yanıb sönəcək və yenidən yanaraq sıfırlamanı təsdiq edəcək. 

charger iluma grey

• Cihazın seriya nömrəsi cihazın arxasında yerləşir 

1. Cihazı işə salmaq üçün düyməni sıxıb 4 saniyə saxlayın, daha sonra buraxın; status işıqları yavaşca yanacaq. 
2. Açmaq üçün qapağı sürüşdürün.
3. Cihaz titrəyənə və işıqlara yanıb sönənə qədər SMARTCORE STICK™ çubuğunu filtrin üzərindəki yerləşdirin (Şəkil 1).
4. Əvvəlcədən qızdırma avtomatik olaraq (avtomatik başlatma) və ya düyməni sıxıb 1 saniyə saxlamaqla işə düşür (təxminən 20 san). 
5. 2-ci titrəmə və status işığı sabit qalır - istifadəyə başlaya bilərsiniz (Şəkil 2).
6. İstifadə zamanı status işığı qalan vaxtı göstərir (Şəkil 3).
7. Son 30 saniyə və ya 2 qullab qaldığından xəbərdar etmək üçün cihaz bir dəfə titrəyəcək və bir işıq ağ rəngdə yanıb sönəcəkdir (Şəkil 4).
8. SMARTCORE STICK™ çubuğunu çıxarın.
9. Bağlamaq üçün qapağı sürüşdürün.

holder iluma I one grey

• IQOS ILUMA i ONE™ avtomatik başlatma/avtomatik dayandırma funksiyası ilə təchiz olunub. 
• SMARTCORE STICK™ çubuğu hərəkət etdirilər və ya cihazdan çıxarılarsa, sessiya avtomatik dayandırılacaqdır.

• İlk istifadədən əvvəl cihazınızı uyğun dəyişən cərəyanlı adapter (5 V, 2 A, C tipli port) və C tipli yükləmə kabeli* vasitəsilə tam doldurun.
• Tam doldurmaq təxminən 90 dəqiqə (1 saat 30 dəq) çəkir 
• IQOS ILUMA i ONE™ cihazının işləməsi üçün onu tam doldurmaq tələb olunmur, ancaq ilk istifadədən əvvəl tam doldurmağı tövsiyə edirik.

holder iluma I one grey

Doluluq səviyyəsini yoxlamaq üçün düyməni qısaca basın. Status işıqları yanaraq batareya səviyyəsini göstərəcəkdir: 
o 4 LED işıq = 75 %-dən çox
o 1 LED işıq = 25 %-dən az. 
o Üç dəfə yanıb sönən 1 narıncı LED işıq = batareya boşalıb. Doldurmaq lazımdır.

holder iluma I one grey

• IQOS ILUMA i ONE cihazını sıfırlamaq üçün düyməni sıxıb 7 saniyə sıxın, daha sonra buraxın.
• Bütün status işıqları sönəcək, iki dəfə yanıb sönəcək və yenidən yanacaqdır. 

holder iluma I one grey

#

Gəlin söhbət edək

Yaxud *5552 nömrəsinə zəng edin

Bizimlə əlaqə saxlayın