IQOS ILUMA seriyası: IQOS ILUMA, IQOS ILUMA Prime və IQOS ILUMA One arasındakı fərqləri kəşf edin
Ən yeni cihazlarımız yüksək səviyyəli hissiyyat zövqü üçün müasir induksiya texnologiyası ilə təchiz olunub.
IQOS ILUMA seriyasından olan hər bir cihazda inqilabi SMARTCORE INDUCTION SYSTEM™ sistemi mövcuddur. Xüsusilə IQOS ILUMA cihazları üçün nəzərdə tutulmuş SMART CORE tütün çubuqları ilə birlikdə istifadə edildikdə bu bıçaqsız cihazlar möhürlənmiş çubuqların içindəki tütünü yandırmadan onu daxildən isidir, beləcə daha yaxşı və ləzzətli təəssürat bağışlayır, təmizliyə isə ehtiyac qalmır. Odur ki IQOS ILUMA seriyasından hansı cihazı seçməyinizdən asılı olmayaraq təkmilləşdirilmiş hava sorma, sıfır tütün qalığı və heç vaxt təmizliyə ehtiyac olmamasına əmin ola bilərsiniz.
IQOS ILUMA, IQOS ILUMA Prime və IQOS ILUMA One arasındakı fərq nədir?
1. İstifadə: IQOS ILUMA və IQOS ILUMA PRIME cihazlarında Cib Doldurucu və Tutacaq mövcuddur. IQOS ILUMA ONE isə hamısı birində olan bir cihazdır.
2. Ardıcıl sessiyalar: IQOS ILUMA və IQOS ILUMA PRIME Tutacaqlarında 2 ardıcıl sessiya mümkündür. IQOS ILUMA ONE cihazında isə ardıcl 20 sessiya mümkündür.
3. Enerji doldurma: IQOS ILUMA PRIME və IQOS ILUMA cihazlarını tam doldurmaq üçün 2 saat 15 dəqiqə lazımdır. IQOS ILUMA ONE cihazını doldurmaq üçün 1 saat, 30 dəqiqə lazımdır.
4. Çəki: IQOS ILUME PRIME üçün Cib Doldurucu və Tutacağın birlikdə çəkisi 171,5 qramdır. IQOS ILUMA üçün isə bu, 147 qram təşkil edir. IQOS ILUMA ONE isə 68,5 qram ağırlığında hamısı birində cihazdır.
Gəlin, rəngləri və aksesuarların rəngləri daxil olmaqla bu 3 cihazı xüsusi edən digər funksiyalara nəzər salaq:
IQOS ILUMA PRIME xüsusiyyətləri
İndiyədək ən təkmilləşdirilmiş və qabaqcıl cihazımız olan IQOS ILUMA PRIME ilə artırılmış tütün ləzzətini yaşamağa hazır olun.
IQOS ILUMA PRIME zərif, teksturalı örtüklə birgə anodizasiya edilmiş alüminium istifadə edən tamamilə yeni dizayna malikdir, onun dörd rəngi var və fərdiləşdirmək asandır. Üslübunuzu ifadə etmək üçün yüzlərlə üsul var, cihazınızın görüntüsü tamamilə sizdən asılıdır. Müxtəlif rənglərdə, premium materiallar və teksturalarda doldurucu örtükləri və tutacaq halqaları daxil olan ən böyük aksesuar kolleksiyamızı araşdırın.
IQOS tətbiqi ilə aktivləşdirilən qabaqcıl funksiyalarla IQOS ILUMA PRIME nəzarəti sizə verir. Smart jestlər, işıqlandırma, xəbərdarlıqlar və daha çoxu sayəsində hər şeyi fərdiləşdirə bilərsiniz. Tam istədiyiniz kimi olduqdan sonra isə cihazınız seçimlərinizi yadda saxlayacaq və hər dəfə sizə fərdiləşdirilmiş təəssürat təqdim edəcək.
Tutacağın sürətli dolması və iki ardıcıl istifadə sayəsində, Cib Doldurucu isə 20 istifadəyə yararlı olduğu üçün gün ərzində narahat olmağa ehtiyac yoxdur.
Daxildən xaricə daha ləzzətli tütün təəssüratı üçün IQOS ILUMA PRIME əla seçimdir.
IQOS ILUMA™ yalnız SMART CORE ™ çubuqları ilə birlikdə istifadə üçün nəzərdə tutulub. IQOS ILUMA™ və SMART CORE ™ çubuqlarını əvvəlki nəsil IQOS™ cihazları ilə istifadə etməyin, bu cihazınızın zədələnməsinə səbəb ola bilər.
SMART CORE ™ çubuqlarını udmayın və ya sökməyin. Bu məhsulda udulduqda ciddi zədələnməyə səbəb ola biləcək metal hissə var. Uşaqların əli çatmayan yerdə saxlayın.
Vacib məlumata baxın
IQOS ILUMA xüsusiyyətləri
Daha təmiz və təkmilləşdirilmiş tütün təəssüratını tanış dizaynda istəyirsinizsə, onda SMARTCORE INDUCTION SYSTEM™ texnologiyalı IQOS ILUMA cihazı sizin üçün mükəmməl seçimdir.
IQOS ILUMA fərdiləşdirilmiş və ləzzətli tütün təəssüratı üçün bütün qabaqcıl xüsusiyyətlərə malikdir. Bunlara IQOS tətbiqindən aktivləşdirilə bilən smart jestlər, avrostart, işıqlandırma və xəbərdarlıqlar daxildir.
Tutacağın sürətli dolması və iki ardıcıl istifadə sayəsində, Cib Doldurucu isə 20 istifadəyə yararlı olduğu üçün gün ərzində narahat olmağa ehtiyac yoxdur.
IQOS ILUMA cihazında mövcud olan beş rəngdən birini seçə bilərsiniz. Sevimlinizi seçin, sonra isə geniş aksesuar seçimi ilə onu özününkiləşdirin. Bunlara müxtəlif rənglər, teksturalar və materiallarda tutacaq halqaları, dəyişdirilə bilən qapaqlar daxildir – böyük fərq yaradan kiçik dəyişikliklər.
Sizin seçimlərinizə uyğun gələn təmiz, asan və fərdiləşdirilmiş tütün təəssüratı axtarırsınızsa, onda IQOS ILUMA tam sizlikdir.
IQOS ILUMA ONE cihazının xüsusiyyətləri
IQOS ILUMA ONE asan və sadə, cib ölçüsündə cihazdır. IQOS ILUMA seriyası cihazları ilə eyni SMARTCORE INDUCTION SYSTEM™ texnologiyasına malik olan IQOS ILUMA ONE təmiz və təkmilləşdirilmiş, irəli səviyyəli tütün təəssüratı təklif edir.
Onun praktiki, hamısı birində dizaynında təmizlik lazım olmur, hər doldurmada 20 ardıcıl istifadə təmin edir, bu isə onun gündəlik, hərəkətdə olduğunuz vaxtlar üçün əla seçim edir.
IQOS ILUME ONE cihazınızı fərdiləşdirmək asandır. Mövcud olan beş rəngdən birini seçə bilərsiniz. İstədiyinizi seçin, sonra isə müxtəlif tekstura və rənglərdə olan aksesuarlarla onu fərdiləşdirin.
Siz hazır olduqda həmişə hazır olan ləzzətli tütün təəssüratı üçün IQOS ILUME ONE cihazı ən uyğun cihazdır.
IQOS ILUMA™ yalnız SMART CORE ™ çubuqları ilə birlikdə istifadə üçün nəzərdə tutulub. IQOS ILUMA™ və SMART CORE ™ çubuqlarını əvvəlki nəsil IQOS™ cihazları ilə istifadə etməyin, bu cihazınızın zədələnməsinə səbəb ola bilər. SMART CORE ™ çubuqlarını udmayın və ya sökməyin. Bu məhsulda udulduqda ciddi zədələnməyə səbəb ola biləcək metal hissə var. Uşaqların əli çatmayan yerdə saxlayın.
Vacib məlumata baxın.
IQOS ILUMA™ yalnız SMART CORE ™ çubuqları ilə birlikdə istifadə üçün nəzərdə tutulub.
IQOS ILUMA™ və SMART CORE ™ çubuqlarını əvvəlki nəsil IQOS™ cihazları ilə istifadə
etməyin, bu cihazınızın zədələnməsinə səbəb ola bilər. Vacib məlumata baxın.
yetkinlik yaşına çatmış şəxslərin istifadəsi üçün nəzərdə tutulub.
yetkinlik yaşına çatmış şəxslərin istifadəsi üçün nəzərdə tutulub.
yetkinlik yaşına çatmış şəxslərin istifadəsi üçün nəzərdə tutulub.