IQOS ILUMA-ya
tərəf ilk addımlarınız

IQOS ILUMA-ya
tərəf ilk addımlarınız

 

 

Şəkil 2

Bir neçə sadə addımla yeni IQOS ILUMA-dan istifadə edin

  1. İlk istifadədən əvvəl Elektrik Adaptoru və Doldurma Kabeli ilə cihazınızı tam doldurun (təxminən 135 dəqiqə). Batereya səviyyəsini öyrənmək üçün IQOS ILUMA Cib Doldurucunuzun üzərində düyməyə toxunun. Əgər enerjinin səviyyəsi aşağıdırsa, onda Cib Doldurucusunu istehsalçının təsdiqlədiyi elektrik adaptoru ilə doldurun.
  2. Cib Doldurucunuzun başındakı düyməni dörd saniyə basıb saxlamaqla cihazı yandırıb-söndürə bilərsiniz. Nə qədər enerji qaldığını öyrənmək üçün IQOS ILUMA Tutacağınızın status işıqlarını yoxlayın. İki yanan işıq tam dolu (iki dəfə istifadəyə hazır) olduğunu göstərir. Bir işıq isə bir dəfə istifadəyə hazır olduğunu göstərir. İşığın olmaması isə Tutacağın Cib Doldurucusunda enerji doldurmalı olduğunu göstərir.
  3. SMART CORE çubuğunu videoda göstərildiyi kimi ehmallıca daxil edin. SMART CORE çubuğu tutacağa daxil edikdikdə Avtostart aktivləşdirilir. Əgər Avtostart söndürülübsə, onda cihazı qoşmaq üçün Tutacağın düyməsini basa bilərsiniz. Bir vibrasiya və yavaş yanıb-sönən işıqlar SMART CORE çubuğunun qızdırdığını göstərir. İki vibrasiya və yanan işıq isə istifadəyə hazır olduğunu göstərir.
  4. Daha iki vibrasiya hiss etsəniz, deməli IQOS vaxtınızın bitməsinə az (30 saniyə və ya 2 nəfəs) qalıb. Sadəcə SMART CORE çubuğunu çıxarın və növbəti dəfə yeni çubuqdan istifadə edin. Yadda saxlayın ki, bir işıq bir istifadə qaldığını bildirir, yəni növbəti istifadədən sonra Tutacağa Cib Doldurucusunda enerji doldurmalı olacaqsınız.
  5. Tutacağınız Cib Doldurucusunda olanda iki dairəvi işıq Tutacağın statusunu göstərir. Dairəvi işıqlar ağ rəngdə yanıb-sönürsə, bu Tutacağın enerji ilə dolduğunu göstərir. Cib Doldurucusunda yanan bir və ya iki dairəvi işıq isə sizin üçün neçə istifadənin hazır olduğunu göstərir.
Şəkil 3

IQOS ILUMA cihazınızı doldurmaq

  1. Batereya səviyyəsini öyrənmək üçün IQOS ILUMA Cib Doldurucunuzun üzərində düyməyə toxunun. Aşağıdakı işıq zolağı sarı rəngdə 3 dəfə yanıb-sönürsə, bu, batereya enerjisinin az olmasını göstərir. Cib Doldurucusunu istehsalçının təsdiqlədiyi elektrik adaptoru ilə doldurun. Nəzərə alın ki, batereya tam boşaldıqda işıqların görünməsi 20 dəqiqəyə qədər çəkə bilər. Status çubuğu tam işıqlandıqda artıq cihazınız tam dolmuş olur və onu 20 dəfəyə qədər istifadə edə bilərsiniz.
  2. IQOS ILUMA Tutacağınızda status işıqlarını yoxlayın. İki dairəvi işıq o deməkdir ki, Tutacağınız tam doludur və iki dəfə istifadəyə hazırdır. Bir işıq yalnız bir istifadə qaldığını göstərir. Aşağıdakı işıq 3 dəfə yanıb-sönərsə, Tutacağı enerji ilə doldurmalısınız.
  3. SMART CORE çubuğunu çıxarın və Tutacağı Cib Doldurucusuna yerləşdirin. Cib Doldurucusunun üzərindəki iki dairəvi işıq Tutacağın necə dolduğunu göstərir və bir və ya iki istifadəniz hazır olduqda sönmədən yanacaqlar.
Şəkil 4

Geniş funksiyalar və smart jestlər

Qaldırmaq
İstifadədə olmadıqda Tutacağı qaldırsanız, o sizə neçə istifadə qaldığını bir və ya iki işığın yanması ilə göstərəcək.

İki dəfə toxunmaq
İstifadə zamanı Tutacağa iki dəfə sadəcə toxunun, Tutacaq vibrasiya vasitəsilə istifadəyə nə qədər qaldığını sizə bildirəcək:
3 vibrasiya: 75-50%
2 vibrasiya: 50-25%
1 vibrasiya: < 25%

IQOS ILUMA istifadəsi ilə bağlı tövsiyyələr

Şəkil 5
SMART CORE çubuqlarını daxil etmək

IQOS ILUMA cihazınızla yalnız SMART CORE çubuqlarını istifadə etdiyinizə əmin olun Onlar birdəfəlikdir, odur ki istifadə olunmuş çubuğu yenidən daxil etməyin.

Şəkil 6
Batereya enerjisinin saxlanılması

IQOS ILUMA Cib Doldurucunuzu hər gün enerji ilə doldurmaq IQOS cihazınızdan həmişə faydalana biləcəyinizə əmin olmağın ən yaxşı yoludur. Cib Doldurucusunu həmişə istehsalçının təsdiqlədiyi elektrik adaptoru ilə doldurun.

Şəkil 7
Cihazınızı fərdiləşdirmək

IQOS Tətbiqi ilə smart jestləri asanlıqla yandırıb/söndürə bilərsiniz, eləcə də işığın intensivliyi və vibrasiyalar kimi müəyyən parametrləri kökləyə bilərsiniz.

IQOS ILUMA™ və SMART CORE™ çubuqlarını əvvəlki nəsil IQOS™ cihazları ilə istifadə etməyin, bu cihazınızın zədələnməsinə səbəb ola bilər. SMART CORE™ çubuqlarında metal hissələr mövcuddur. Udulması və ya sökülməsinin qarşısını almaq üçün uşaqların əli çatmayan yerdə saxlayın.
Vacib məlumata  baş çəkin.

IQOS ILUMA İstifadəçi Təlimatı

IQOS ILUMA İstifadəçi Təlimatı

IQOS ILUMA İstifadəçi Təlimatımız cihazın iş prinsipi və istifadə qaydaları barədə ətraflı məlumat təqdim edir.

 

Endirmək

Endirmək

Şəkil 8

Çətinliklə üzləşirsiniz?
IQOS ILUMA cihazınızı trablşutinq edin

Öz-özünə diaqnoz