
IQOS ILUMA i PRIME
ilə ilk addımlarınız
Yeni IQOS ILUMA i PRIME cihazınızdan necə istifadə etməli
Yeni IQOS ILUMA i PRIME cihazınızı əldə etmisiniz: İndi isə ilk istifadə üçün necə istifadə edəcəyinizi öyrənin.
- Cib Şarj alətinizin ON/OFF düyməsini 4 saniyə basıb saxlayın və sonra buraxın; Cib Şarj aləti və tutacağın İşıq Göstəriciləri yavaşca yanacaq.
- Tutacağı cib şarj alətinə yerləşdirin və şarj üçün örtüyü bağlayın. Tutacağın Göstərici işığı, Tutacağın batareya səviyyəsini göstərəcək.
- İlk istifadə etməzdən əvvəl, daxil edilmiş Təhlükəsizlik Qaydaları və Təlimatlara əsasən Cib Şarj alətini təqribən 135 dəqiqə tam şarj edin.
- Təcrübəyə başlamaq üçün tutacağıCib Şarj alətindən çıxarın və SMARTCORE STICK™-i filter xəttinə qədər daxil edin – tutacaq itrəyəndə dayandırın.
- Qızdırma avtomatik olaraq başlayacaq və ya sensorlu ekranı yuxarı sürüşdürməklə aktivləşəcək. Ekranda qızdırma prosesi göstəriləcək. İkinci titrəmədən sonra cihaz istifadəyə hazırdır.
- Sensorlu ekranda 2 xətt göründükdə, 3 təcrübəyə qədər istifadə mümkündür. 1 xətt göründükdə, əgər birinci təcrübə zamanı pause rejimi istifadə edilməyibsə, 2 təcrübə mümkündür. Sensorlu Ekranın ətrafındakı İşıq Göstəricisi hər təcrübənin qalan müddətini göstərir.
- Təcrübə tamamlandıqdan sonra istifadə olunmuş SMARTCORE STICK™-i çıxarın və Təhlükəsizlik Qaydalarına əsasən atın.
- Tutacağı yenidən Cib Şarj alətinə yerləşdirin və şarj edin.
- Ətraflı öyrənmək üçün təlim videosuna baxın.
Əhəmiyyətli məlumat: IQOS tam təhlükəsiz deyil.
IQOS ILUMA i PRIME cihazınızı necə şarj etməli
Cihazınızı optimal şəkildə şarj etmək üçün bu asan addımları izləyin:
- Tutacağı cib şarj alətinə yerləşdirin və cihazın açıq olduğuna əmin olun.
- AC Güc Adapterini (ayrıca satılır) və kabeli cib şarj alətinə, sonra isə divar rozetkasına qoşun. Tam şarj üçün təqribən 135 dəqiqə gözləyin.
• Şarj zamanı cib şarj alətindəki işıq zolaqları yanıb-sönəcək.
• Cihaz tam boşaldılıbsa, ilk işığın sarı yanıb-sönməsi bir neçə saniyə çəkə bilər.
• Şarj səviyyəsi 7%-i keçdikdə, sarı rəngli işıq ağ rəngə keçəcək. - Cihazın şarj səviyyəsini yoxlamaq üçün cib şarj alətinin düyməsini basıb buraxın.
• Şarj zamanı işıq yanıb-sönür və bu, şarj səviyyəsini göstərir.
• Tam şarj olunmuş cihaz üçün bütün 4 zolaqlı işıq ağ və sabit olmalıdır. - IQOS ILUMA i PRIME cihazınızı necə şarj etməklə bağlı daha çox öyrənmək üçün təlim videosuna baxın.
IQOS ILUMA i PRIME cihazınızdan necə istifadə etməyi öyrənmək üçün təlim videosuna baxın.
IQOS ILUMA i PRIME Təkmilləşdirilmiş funksiyalar
Fasilə rejimi
Sensorlu Ekranda fasilə rejiminin aktiv olub-olmadığı göstəriləcək — bu zaman 2 şaquli xətt görünəcək.
Fasilə Rejimi yalnız Performance Rejimində, birinci və ya ikinci ardıcıl istifadə zamanı bir dəfə istifadə oluna bilər və yalnız istifadənin ilk 3 dəqiqəsində və ya 8 nəfəs ərzində aktivləşdirilə bilər.
- 1. İstifadəni dayandırmaq üçün sensorlu ekran boyunca AŞAĞI sürüşdürün – ekranda 4 şaquli xətt görünəcək.
• Əgər barmaq hərəkəti ekranın bütün uzunluğu boyunca deyilsə, fasilə rejimi aktiv olmayacaq. - 2. İstifadəni davam etdirmək üçün sensorlu ekran boyunca YUXARI sürüşdürün və qızdırmanın başa çatmasını gözləyin.
• Titrəyiş və İşıq Bələdçisi tutacağın istifadəyə hazır olduğunu göstərəcək.
• Fasilə maksimum 8 dəqiqə davam edə bilər. Əgər davam edilməzsə, Tutacaq avtomatik sönəcək.
FlexPuff
- FlexPuff — ağıllı funksiyadır və IQOS Tətbiqi vasitəsilə idarə oluna bilər (yeni cihazlarda standart olaraq aktivdir). İstifadə stilinizə əsaslanaraq istifadə müddətini maksimum 6 dəqiqəyə qədər uzada bilər.
- Cihaz, istifadə edilən aerozol miqdarını avtomatik təhlil edir və FlexPuff funksiyasını aktivləşdirə bilər.
- Əgər FlexPuff aktivləşərsə, sizə əlavə 4 nəfəs imkanı veriləcək və bu nəfəs sayı həmin 6 dəqiqəlik müddət daxilində istifadə edilə bilər.
- FlexPuff yalnız tütün çubuqları ilə işləmək üçün nəzərdə tutulub. Aktivləşmə və nəfəs sayı fərdi istifadə tərzindən asılıdır, bu səbəbdən uzadılmış istifadə bütün yetkin istifadəçilər və ya bütün istifadə halları üçün keçərli olmaya bilər. Fasilə rejimi aktiv olduqda FlexPuff işə düşmür.
- Əlavə nəfəs imkanları aktiv olduqda, İşıq Bələdçisi bunu göstərəcək.
- Fasilə rejiminin istifadə zamanı aktiv olmadığından əmin olun, çünki bu, FlexPuff funksiyasının işə düşməsinə mane olacaq.
Flex Battery
Flex Battery — IQOS Tətbiqi vasitəsilə idarə oluna bilən bir funksiyadır və Tutacaq batareyası üçün 2 seçim təqdim edir:
- Performance Rejimi (standart olaraq aktivdir)
Fasilə rejimi olmadan 3 ardıcıl istifadə, və ya 1-i fasilə ilə olmaqla 2 ardıcıl istifadə imkanı verir. - Eco Rejimi
Fasilə rejimi olmadan 1 istifadə imkanı təqdim edir və Tutacağın batareya ömrünü 1 ilə qədər uzada bilər, yalnız cihazın bütün ömrü boyunca yalnız Eco rejimində istifadə edildikdə. Bu müddət şəxsi istifadə tərzindən asılı olaraq dəyişə bilər.
IQOS ILUMA i PRIME üçün İstifadəsınə dair Məsləhətlər

SMARTCORE STICK™ çubuqlarının daxil edilməsi
IQOS ILUMA i PRIME cihazınızla yalnız SMARTCORE STICK™ çubuqlarından istifadə etdiyinizə əmin olun.

Cihazın şarjda saxlanılması
IQOS ILUMA i PRIME cib şarj alətini uyğun AC güc adapteri (ayrıca satılır) və kabel ilə hər gün şarj edin.

Cihazınızı fərdiləşdirin
IQOS ILUMA i PRIME cihazınızı IQOS Tətbiqinə qoşun və ağıllı funksiyaları asanca aktivləşdirin və ya deaktiv edin.
IQOS ILUMA i PRIME İstifadəçi Təlimatı
Bunlarla bitmir. IQOS ILUMA i PRIME İstifadəçi Təlimatımızda daha faydalı məlumatlar var.
Bu təlimat sizə cihazın necə işlədiyini və ondan necə istifadə etməli olduğunuzu daha dərindən öyrənmək imkanı verəcəkdir.
Bu məhsul tamamilə təhlükəsiz deyil və asılılıq yaradan nikotin təqdim edir.
Yalnız böyüklər üçün nəzərdə tutulub.
Problemlər yaşayırsınız? IQOS ILUMA PRIME cihazınızı diaqnostika edin
Söhbət etmək istəyirsiniz?
Biz buradayıq – mağazada və ya bir toxunuşla. Seçim sizindir.
IQOS ILUMA™ yalnız SMART CORE™ çubuqları ilə birlikdə istifadə üçün nəzərdə tutulub. IQOS ILUMA™ və SMART CORE™ çubuqlarını əvvəlki nəsil IQOS™ cihazları ilə istifadə etməyin, bu cihazınızın zədələnməsinə səbəb ola bilər. Vacib məlumata baxın.