QEYDİYYATDAN KEÇMİŞ İQOS İSTEHLAKÇILARININ TƏQDİMATMALARI ÜÇÜN
MÜSABİQƏDƏ İŞTİRAK ŞƏRTLƏRİ VƏ QAYDALARI

Son yenilənmə tarixi: 10.08.2025

1.      Giriş

Siz bununla qeydiyyatdan keçmiş IQOS istehlakçıları üçün Azərbaycanda təşkil olunmuş “Hər Döngədə Gözlənilməz” müsabiqəsində (bundan sonra “Müsabiqə” adlandırılacaq) iştirak etmək niyyətinizlə bağlı yönləndirilmisiniz. İştirak etmək üçün İştirakçı aşağıdakıları etməlidir:

  • öz adına ən azı bir cihazı qeydiyyatdan keçmiş IQOS istifadəçisi olmaq
  • www.iqos.com saytında (bundan sonra “Vebsayt” adlandırılacaq) dərc edilmiş cari Qayda və Şərtləri oxuyub qəbul etmək;

Müsabiqə müxtəlif tapşırıqların yerinə yetirilməsi əsasında qurulmuşdur. Hər bir tapşırıq üçün müəyyən sayda xal təyin olunmuşdur. Tapşırıqlar Təşkilatçının rəsmi kanalları vasitəsilə təqdim olunacaq və həm onlayn, həm də oflayn aktivliyi əhatə edə bilər. Müsabiqə dövründə bu tapşırıqları yerinə yetirərək iştirakçılar xal toplayırlar. Müsabiqənin müddəti 13 avqust – 8 sentyabr 2024-cü il tarixlərini əhatə edir.

Müsabiqənin sonunda Təşkilatçı hər bir İştirakçı tərəfindən toplanmış ümumi xalları qiymətləndirəcəkdir. Ən yüksək nəticə göstərmiş şəxslər qalib seçiləcək və bu Qayda və Şərtlərdə daha ətraflı təsvir olunduğu kimi sürpriz mükafatla təltif oluna bilərlər.

Müsabiqə müddətində istənilən tapşırıqda iştirak bu Qayda və Şərtlərin qəbul edilməsi kimi qiymətləndiriləcəkdir.

2.      Təşkilatçı

Müsabiqənin təşkilatçısı Bakı şəhərində yerləşən və vergi identifikasiya nömrəsi 2008311491 olan PRIME LIGHT MMC-dir. O, Philip Morris International şirkətinin tüstüsüz məhsullarının Azərbaycanda eksklüziv distribyutoru və əsas təşkilatçısı qismində çıxış edir. Müsabiqə həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Philip Morris Management Services (Yaxın Şərq) Limited şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir (bundan sonra birlikdə “Təşkilatçılar”, ayrı-ayrılıqda isə “Təşkilatçı” adlandırılacaq).

Təşkilatçıların əsas prinsipləri bunlardır: (i) istənilən siqaret çəkən şəxsin verə biləcəyi ən yaxşı qərar tütün və nikotindən tamamilə imtina etmək və vaz keçməkdir; (ii) 18 yaşdan aşağı şəxslər heç bir halda tütündən və ya nikotindən istifadə etməməlidir; (iii) IQOS, əks halda siqaret çəkməyə və ya digər nikotin tərkibli məhsullardan istifadə etməyə davam edən 18 yaş və ya daha böyük şəxslər (“Yetkin İstifadəçilər”) üçün nəzərdə tutulub; (iv) Təşkilatçı heç vaxt tütün və ya nikotin tərkibli məhsullardan istifadə etməmiş və ya tütün və nikotin tərkibli məhsullardan istifadəni dayandırmış şəxslərə İQOS-u təklif etmir; (v) IQOS siqareti tərgitməyə alternativ məhsul deyil və siqareti tərgitməyə kömək etmək üçün nəzərdə tutulmayıb; (vi) IQOS riskləri istisna etmir və asılılıq yaradan nikotini özündə ehtiva edir; (vii) IQOS-a keçmək hələ də digər siqaretləri çəkməyə davam etməklə müqayisədə daha yaxşı seçimdir.

3.      Meyarlara uyğun gələn İştirakçı

Aşağıdakı tələblərin hamısına uyğun gələn şəxslər Müsabiqədə iştirak edə bilər:

  1. IQOS istehlakçıları olan və əvvəllər şəxsi məlumatların toplanması və emalı, eləcə də birbaşa əlaqə üçün razılıq vermiş ("Qeydiyyat Razılığı") və bununla da Təşkilatçının istehlakçılar üzrə məlumat bazasında qeydiyyatdan keçmiş Azərbaycan Respublikasının 18 yaş və ya daha yuxarı rezidentləri olan qeydiyyatdan keçmiş İQOS istehlakçıları;
  2. Təşkilatçının məlumat bazasında İştirakçının adına qeydiyyatdan keçmiş ən azı bir İQOS cihazının olması,
  3. Təşkilatçı ilə məşğulluq, ailə münasibətləri və ya xidmətlərin göstərilməsində iştirak kimi mövcud əlaqəsi olmayan şəxslər.
  4. Təşkilatçının rəqibləri (digər tütün şirkətləri) ilə məşğulluq, ailə münasibətləri və ya xidmətlərin göstərilməsində iştirak kimi münasibətlərdə mövcud əlaqəsi olmamalıdır

4.      Müsabiqə

“Hər Döngədə Gözlənilməz” müsabiqəsinin məqsədi — Azərbaycanda qeydiyyatdan keçmiş IQOS istifadəçilərini interaktiv tapşırıqlardan ibarət silsiləyə cəlb etməklə tüstüsüz məhsulların arxasındakı texnologiya və elmi əsaslar haqqında məlumatlılığı artırmaq və ən çox xal toplayan iştirakçıları bu Qayda və Şərtlərdə göstərilmiş müxtəlif hədiyyələrlə mükafatlandırmaqdır. Müsabiqə aşağıdakı mərhələləri əhatə edəcəkdir:

Mərhələ 1: İştirakçı bu Qayda və Şərtləri oxuyub qəbul edir. Bu addım açıq şəkildə birinci mərhələ kimi təqdim olunduğuna görə, Müsabiqənin tapşırıqlarını yerinə yetirən qeydiyyatlı IQOS istifadəçisinin bu Qayda və Şərtləri dolayısı ilə qəbul etdiyi hesab ediləcəkdir.

Mərhələ 2: Tapşırıqlarda iştirak və xalların toplanması
13 avqust – 8 sentyabr 2024-cü il tarixləri arasında iştirakçılar müxtəlif tapşırıqları yerinə yetirərək xal toplaya bilərlər. Hər bir tapşırığın əvvəlcədən müəyyən olunmuş xal dəyəri var. Təşkilatçı tapşırıqlar və irəliləyişin izlənməsi barədə məlumatı rəsmi kommunikasiya kanalları vasitəsilə təqdim edəcək.

2.1 Həftəlik Böyük Tapşırıqlar (hər biri 25 xal) – Müsabiqə dövründə yalnız bir dəfə yerinə yetirilə bilər

  • 1-ci Həftə (16–17 avqust): Tüstüsüz məhsulların arxasındakı elmi əsaslarla və müştəri dəstəyi mövzularına dair sorğunu düzgün cavablandırmaq və nəticə etibarilə yalnız dəvət əsasında olan qapalı tədbirdə iştirak (IQOS ilə əlaqəli deyil)
  • 2-ci Həftə (23–24 avqust): Brend əməkdaşının iştirakı ilə art master-klasda iştirak
  • 3-cü Həftə (30–31 avqust): Tüstüsüz məhsulların arxasındakı elmə və müştəri dəstəyi mövzularına dair sorğunu düzgün cavablandırmaq və nəticə olaraq yalnız dəvətlə giriş mümkün olan qapalı tədbirdə iştirak (IQOS ilə əlaqəli deyil).
  • 4-cü həftə (6–7 sentyabr): Tüstüsüz məhsulların arxasındakı elmə və müştəri dəstəyi mövzularına dair sorğunu düzgün cavablandırmaq və nəticə olaraq yalnız dəvətlə giriş mümkün olan qapalı tədbirdə iştirak (IQOS ilə əlaqəli deyil).

2.2 Satış nöqtələrində davamlı tapşırıqlar (13 avqust – 8 sentyabr tarixləri arasında keçərlidir)

  • Rəsmi satış məntəqəsində cihazın qeydiyyatı: Təşkilatçının məlumat bazasında qeydiyyata alınan hər bir cihaz üçün 10 xal verilir.
  • IQOS cihazını pulsuz sınaqdan keçirmək: Müsabiqə dövründə yalnız bir dəfə yerinə yetirilə bilər; 5 xal.
  • Cihazın üzərində oyma xidməti: İştirakçının adına qeydiyyatdan keçmiş hər bir cihaz üçün 5 xal.
  • Rəsmi satış məntəqələrində iştirak edilə biləcək kiçik aktivliklər: 3 fərqli növ, hər biri 15 xal (maksimum 45 xal). Hər bir aktivlik yalnız bir dəfə yerinə yetirilə bilər.

2.3 Əlavə Tapşırıqlar

  • Sorğunun tamamlanması: 5 xal - (2-ci və 3-cü həftələrdə aktivdir, minimum 90% düzgün cavab şərtilə), müsabiqə dövrü ərzində yalnız bir dəfə yerinə yetirilə bilər
  • IQOS cihazı ilə bağlı e-poçt klikləmək: 5 xal (yalnız 4-cü Həftə üçün keçərlidir) – İştirakçının Təşkilatçının məlumat bazasında qeydiyyatda olan e-poçt ünvanına bir məktub göndəriləcək. Bu məktubda iştirakçını müəyyən bir səhifəyə yönləndirən xüsusi çağırış düyməsi (“call-to-action”) olacaq. Məktubdakı həmin düyməyə klikləyən iştirakçının müsabiqə hesabına avtomatik olaraq 5 xal əlavə olunacaq. Bu tapşırıq yalnız bir dəfə yerinə yetirilə bilər və yalnız Müsabiqənin 4-cü həftəsi ərzində keçərlidir.

2.4 Təşkilatçı Müsabiqə dövründə istənilən vaxt tapşırıqların siyahısını dəyişdirmək, ona əlavələr etmək və ya siyahını yeniləmək hüququnu özündə saxlayır. Belə hər hansı dəyişikliklər Təşkilatçının rəsmi kommunikasiya kanalları vasitəsilə — o cümlədən, lakin bununla məhdudlaşmamaq şərtilə, rəsmi vebsayt, sosial media platformaları, e-poçt və satış nöqtələri vasitəsilə — birbaşa iştirakçılara bildiriləcəkdir.

Mərhələ 3: Qaliblərin seçilməsi
Müsabiqənin sonunda Təşkilatçı bütün iştirakçıların toplam xallarını qiymətləndirəcək. Ən çox xal toplamış iştirakçılar qalib elan olunacaq. Əgər eyni sayda xal toplamış bir neçə iştirakçı olarsa, Təşkilatçı əlavə seçim meyarları tətbiq edə və ya təsadüfi püşkatma yolu ilə qalibləri müəyyən edə bilər.

Mərhələ 4: Mükafatların təqdim edilməsi

4.1 Əsas mükafat
Əsas mükafat Təşkilatçı tərəfindən tam sərbəst şəkildə və qanunvericiliyə uyğun olaraq və tərəfdaş şirkətlərlə bağlanmış müqavilələr əsasında təyin olunacaq sürpriz olacaq.
Qaliblərlə Təşkilatçı birbaşa telefon vasitəsilə əlaqə saxlayacaq. Əgər qalib 2 ardıcıl gün ərzində 3 əlaqə cəhdindən sonra cavab verməzsə, hədiyyə növbəti uyğun iştirakçıya keçəcək. Hədiyyələr dəyişdirilə bilməz, başqasına ötürülə bilməz və pul əvəzinə tələb edilə bilməz.

4.2 Kiçik mükafatlar (rəsmi satış nöqtələrində mövcuddur)
Müsabiqə dövründə rəsmi IQOS satış nöqtələrində nəzərdə tutulan tapşırıqları tamamlayan iştirakçılar aşağıdakı məhsullarla mükafatlandırıla bilər: T-shirtlər, dəbilqələr, nişanlar, papaqlar.

5.      Təşkilatçının məsuliyyəti

Təşkilatçı aşağıdakılara görə məsuliyyət daşımır: 

1) Müsabiqənin mükafatlarını almaq üçün zəruri olan poçt göndərişlərinin, eləcə də məlumatların/sənədlərin İştirakçıların özlərinin təqsiri üzündən və ya rabitə təşkilatlarının, kuryer və poçt xidmətlərinin təqsiri üzündən və ya Təşkilatçının nəzarətindən kənar olan digər səbəblərdən alınmaması/gec alınması;

2) İştirakçılar tərəfindən bu Qaydalar və Şərtlərdə göstərilən öhdəliklərin yerinə yetirilməməsi (və ya vaxtında yerinə yetirilməməsi) və ya İştirakçıların Vebsaytda Müsabiqə haqqında olan məlumatlar ilə tanış ola bilməməsi;

3) İştirakçıların qeydiyyat məlumatları arasında göstərdikləri məlumatların, əlaqə və digər məlumatların düzgünlüyü, dəqiqliyi və etibarlılığına; bununla əlaqədar olaraq Təşkilatçının İştirakçılarla onların göstərdikləri əlaqə nömrələri vasitəsilə əlaqə saxlaya bilməməsinə, habelə Təşkilatçının İştirakçıları mükafatlandırmaq məqsədilə, o cümlədən mükafatların verilməsi məqsədilə İştirakçılardan aldığı məlumatdan istifadə edə bilməməsinə, eləcə də Təşkilatçıdan asılı olmayan digər səbəblərə görə;

4) Müsabiqənin Təşkilatçısından asılı olmayaraq, İştirakçılar mükafat tələb etmədikdə və ya ondan imtina etdikdə, habelə digər səbəblərdən Müsabiqə İştirakçıları tərəfindən mükafatların qəbul edilməməsi;

5) Təşkilatçı, habelə Müsabiqənin təşkili və keçirilməsinə Təşkilatçı tərəfindən səlahiyyət verilmiş şəxslər fors-major hallarda (məsələn: təbii fəlakətlər, kütləvi epidemiyalar və karantin tədbirləri, yanğın, daşqın, hər hansı xarakterli hərbi əməliyyatlar, blokadalar, tətillər, qanunvericilikdə əhəmiyyətli dəyişikliklər və Təşkilatçıdan asılı olmayan digər hallar, əgər bu hallar belə öhdəliklərin yerinə yetirilməsinə mane olursa) öhdəliklərini yerinə yetirə nbilməməsinə görə məsuliyyət daşımır.

Təşkilatçı Müsabiqə zamanı istənilən vaxt Müsabiqənin hazırkı Qayda və Şərtlərinə dəyişiklik etmək və ya onları yeniləmək hüququnu özündə saxlayır.